Sıkça Sorulan Sorular
Tez-tez Verilən Suallar
Türkiyədə, Eskişehirdə qurulan, mənfəət məqsədi güdməyən köklü bir dövlət universitetidir. 70 illik köklü tarixi və 40 ildən artıq açıq və məsafədən təhsil təcrübəsi ilə ali təhsildə əlçatan və keyfiyyətli təhsil təqdim edərək, milyonlarla tələbəyə milli və beynəlxalq səviyyədə təhsil almaq imkanı yaradır.
• Beynəlxalq dərəcəli diplom imkanı
• Münasib qiymətlərlə əlçatan təhsil
• 50-dən çox bakalavr və subbakalavr proqramı
• 40 ildən artıq məsafədən təhsil təcrübəsi
• İnteraktiv və zəngin öyrənmə materialları
• İstədiyiniz zaman, istədiyiniz yerdə öyrənmə imkanı
• 100-dən çox ölkədən milyonlarla tələbə
• Yaş məhdudiyyəti yoxdur, hər kəs üçün tələbə olmaq şansı
• Üniversite öğrencilerine ikinci diploma şansı
• Çevrimiçi ders, yüz yüze sınav imkânı
- Müraciət edilmək istənilən ölkəyə aid pasport və ya ən azı 6 ay müddətli/müddətsiz yaşayış icazəsinə/vizasına sahib olmaq
- Türk dili kafilik sertifikatı – B2 (Sertifikatı olmayanlar üçün hazırlıq sinfi mövcuddur)
- Dönəmlik təhsil haqqı bank qəbzi
- Orta məktəb diplomu və ya nostrifikasiya (ekvivalentlik) şəhadətnaməsi
İlkin qeydiyyat saytımızda yer alan qeydiyyat linkinə klikləyə bilərsiniz.
İstədiyiniz yerdən, istədiyiniz zaman universitetimizin öyrənmə idarəetmə sistemi olan https://ekampus.anadolu.edu.tr/#/loginekampus.anadolu.edu.tr ünvanı vasitəsilə onlayn öyrənmə materiallarına daxil ola bilərsiniz. PDF kitablar, videolar, səsli kitablar, testlər, infoqrafiklər və s. e-öğrenmə materialları mövcuddur.
- Avropa Qiyabi Təhsil Universitetləri Birliyi (The European Association of Distance Teaching Universities – EADTU),
- Avropa Universitetlər Birliyi (European University Association – EUA),
- Asiya Açıq Universitetlər Birliyi (Asian Association of Open Universities – AAOU),
- Beynəlxalq Açıq və Qiyabi Təhsil Şurası (The International Council for Open and Distance Education – ICDE),
- Avropa Qiyabi və E-Öyrənmə Şəbəkəsinin (European Distance and E-learning Network – EDEN) üzvüdür.
Universitet İdarə Heyətinin qərarına əsasən imtahanlar onlayn nəzarətli (online) və ya üz-üzə keçirilir.
Müraciət etdiyiniz ölkənin şərtlərinə görə köçürmə (havale) və ya kredit kartı ilə ödəniş növü müəyyən edilir.
Uğurlu ola bilmədiyiniz dərsləri müvafiq semestrdə (Payız-Bahar) və ya Yay Məktəbində təkrar ala bilərsiniz.
Dərslərdən müvəffəqiyyət qazanmış sayılmağınız üçün dərs müvəffəqiyyət balınızın 35 və ya daha yüksək olması lazımdır. Keçirilən imtahanlar nəticəsində aralıq imtahan (ara sınav) balının %30-u, semestr sonu imtahan (final) balının %70-i götürülərək "Müvəffəqiyyət Balı" hesablanır.
Yay məktəbi imtahanı nəticəsində alınan balın "Müvəffəqiyyət Balı"na qatqısı %100-dür.
Bakalar (lisans) diplomunuz ilə universitetlərin magistratura (lisans üstü) təhsil proqramlarına müraciət edə bilərsiniz.
- Türkiyə Respublikası və ya digər ölkə vətəndaşı olub, yaşadığınız ölkədə ən azı 6 ay müddətli/müddətsiz yaşayış icazəsi olmaqla;
- Anadolu Universiteti Açıq-təhsil Fakültələrinin proqramlarında əvvəllər qeydiyyatdan keçmiş və qeydiyyatını sildirməyənlər,
- Xaricdəki Proqramlarda qeydiyyatlı olduqları proqramların olması halında köçürmə tələbi ilə müraciət edə bilərlər.
- Köçürmə müraciəti; köçürmə tələbini bildirən nəm imzalı ərizənin skan edilmiş halını (şəklini) globalcampus@anadolu.edu.tr e-poçt ünvanına göndərərək müraciət edilə bilər.

