Vizual Kommunikasiya Dizaynı bakalavr proqramı vasitəsilə sahəsi üzrə peşəsinə aid texniki bilik və bacarıqlara malik, informasiya texnologiyaları, dizayn və kommunikasiya vasitələrindən istifadə edə bilən, araşdıran, özünü daim yeniləyən, orijinal ideyalar və yaradıcı dizaynlar ortaya qoya bilən ixtisaslı insan resurslarının yetişdirilməsi məqsəd qoyulmuşdur.
Proqramı uğurla başa vuran məzunlar vizual kommunikasiya dizayneri kimi reklam agentliklərində, foto studiyalarda, qəzet və jurnallarda, veb dizayn agentliklərində, elektron ticarət portallarında, e-təhsil üzrə bölmələrdə və dövlət qurumlarında işləmək imkanı əldə edə biləcəkləri kimi, qazandıqları bacarıqlar sayəsində öz bizneslərini qura, həmçinin tezli və tezsiz magistr proqramlarında təhsillərini davam etdirə bilərlər.
Bəzi fənlərin semestr sonu imtahan qiymətləndirmələri tətbiq yönümlü şəkildə aparılacaqdır.