Fəlsəfə bakalavr proqramının məqsədi tələbələri fəlsəfi irslə tanış edərək onlara fəlsəfi metod və tənqidi baxış bucağı qazandırmaq, anlayışlı düşünməyi öyrətmək və tələbələrin fəlsəfə ilə məşğul olmaları üçün zəmin yaratmaqdır.
Fəlsəfə əsas həqiqətlərin ağla əsaslanan araşdırılmasıdır. Bu məqsədlə fəlsəfə gündəlik həyatın, elmin, incəsənətin, dinin, siyasətin və ya hər hansı başqa bir sahənin baxışlarını və anlayışlarını intizamlı sorğulama yolu ilə ele almağın yollarını açır. Hər sahədə anlayışların düzgün istifadəsinə yönəlik şüurun formalaşdırılmasını hədəfləyir. Yeni suallar irəli sürür və bu suallara cavab axtararkən özünəməxsus yeni anlayışlar təqdim edir.